Danışıqların növbəti mərhələsi Brüsseldə keçiriləcək

 Danışıqların növbəti mərhələsi Brüsseldə keçiriləcək
  07 Dekabr 2018    Oxunub:2742
“Bu həftə Bakıya Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin başçılıq etdiyi 13 nəfərdən ibarət nümayəndə heyəti danışıqlar aparmaq üçün səfər etmişdi. Danışıqlar iki istiqamət - siyasi və ticari əlaqələr üzrə aparıldı”.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib. O, qeyd edib ki, nümayəndə heyəti əməkdaşlıq barədə gələcək perspektivlərə toxunublar:

“Bu, bizim danışıqlara ciddi yanaşdığımızı göstərir. Çünki, birinci dəfədir ki, bu cür genş nümayəndə heyəti Bakıya gəlmişdi. Ticari sahədə isə dərin və geniş iki günlük müzakirələrimiz olub. Bir çox məsələlər üzrə razılaşmalar əldə olunub. Biz bu əlaqələri davam etdirmək barədə razılaşma əldə etmişik. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların növbəti mərhələsi 2019-cu ilin yanvar ayında Brüsseldə baş tutacaq. Hazırda bunula bağlı tərəflər arasında danışıqlar aparılır. Bura həmçinin siyasi və təhlükəsizlik məsələləri də daxildir“.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər:   Azərbaycan  





Xəbər lenti