Türkiyəli nazir 30 nəfərlə birlikdə Bakıya gəlir

Türkiyəli nazir 30 nəfərlə birlikdə Bakıya gəlir
  07 Dekabr 2018    Oxunub:1787
Bakıda “AgTech and Green Energy” mövzusunda keçiriləcək beynəlxalq forumla əlaqədar Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirlinin Azərbaycana səfəri planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova məlumat verib. Onun sözlərinə görə, tədbirin ikinci günündə Azərbaycan- Türkiyə biznes forumunun keçirilməsi nəzərdə tutulur. Belə ki, türkiyəli nazir özü ilə birlikdə Azərbaycana 30-a yaxın nümayəndə gətirəcək.

Qeyd edək ki, dekabrın 10-11-də ADA Universitetində Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçiriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Türkiyə   Nazir  





Xəbər lenti