Azərbaycan “Qlobal Terrorçuluq İndeksi”ndə mövqeyini yaxşılaşdırıb

 Azərbaycan “Qlobal Terrorçuluq İndeksi”ndə mövqeyini yaxşılaşdırıb
  07 Dekabr 2018    Oxunub:2132
Azərbaycan yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb.
İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır.

Reytinqdə ilk yerlərdə terrorçuların fəaliyyətinin və terrorizm təhdidinin yüksək, sonuncu yerlərdə isə daha aşağı olan ölkələr qərarlaşıb. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə, ümumiyyətlə, terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci sırada idi.

Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir.

İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. Terrorizm təhlükəsi baxımından ABŞ 20-ci, Fransa 30-cu, Rusiya 34-cü, Almaniya isə 39-cu ölkədir.

Azvision.az



Teqlər:





Xəbər lenti