Səhiyyə naziri qəbul keçirəcək

Səhiyyə naziri qəbul keçirəcək
  06 Dekabr 2018    Oxunub:1702
Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 7-də saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşları qəbul edəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüşdə Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayonları sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər MRX-də qeydiyyatdan keçə bilərlər.

Azvision.az


Teqlər: Səhiyyə   Qəbul  





Xəbər lenti