Qızıl medal alanlar imtahan verəcək - Təklifə “yox” deyildi

Qızıl medal alanlar imtahan verəcək -  Təklifə “yox” deyildi
  06 Dekabr 2018    Oxunub:5055
Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verməsi ilə bağlı təklif yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsindən çıxarılıb.
Azvision.az-ın məlumatına görə, buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub.

Qanun layihəsinin 13-cü (ümumi təhsilin təşkili) maddəsinin 18-ci bəndinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar. Bu, "Təhsil haqqında" qanunda da əksini tapıb.

Yenilik 9-cu bəndlə bağlı idi: "Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar". Bu bənd (güzəşt) qanun layihəsindən çıxarılıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Qızıl-medal   Məktəb   İmtahan  





Xəbər lenti