“Mentalitetə uyğun olmayan küçə adları dəyişdirilib” - Aparat rəhbəri

“Mentalitetə uyğun olmayan küçə adları dəyişdirilib” -  Aparat rəhbəri
  06 Dekabr 2018    Oxunub:5246
Ünvan reyestr xidmətinin yaradılması ilə əlaqədar yerli icra hakimiyyəti orqanları ilə birgə iş nəticəsində 8 minə yaxın küçə və prospektə yeni adlar verilib.

Azvision.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov məlumat verib.
O bildirib ki, bu işə başlayanda ölkədə bir çox küçə və prospektlərin adları yox idi. "Yeni yaşayış massivləri salınır. Bir sıra yeni salınan yaşayış massivlərində küçələrin adları yox idi. Biz həmin küçə və prospektlərə adların verilməsində iştirak etdik. Bəzi küçələrin adları Azərbaycan mentalitetinə uyğun deyildi, həmin adlar dəyişdirildi".

A.Bəşirov, həmçinin qeyd edib ki, kəndlərdə küçələrə ünvanların verilməsi prioritet məsələdir. Komitə rəsmisinin fikrincə, yeni ünvan reyestr informasiya sisteminin yaradılması fövqəlada hallar və təcili yadım zamanı onların vaxında hadisə yerinə çatmasına yardımçı olacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Əmlak-Komitəsi  





Xəbər lenti