Naxçıvanda qanunsuz yaşayan 13 əcnəbi aşkar edilib

 Naxçıvanda qanunsuz yaşayan 13 əcnəbi aşkar edilib
  06 Dekabr 2018    Oxunub:1241
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən dövründə də davam etdirilib.
Azvision.az xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 13 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 630 müraciətin 112-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin, əmək fəaliyyəti ilə məşğul olmaq üçün işicazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub.

Həmçinin müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 518 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərindən 200-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Azvision.az



Teqlər: Naxçıvan   Miqrasiya   Əcnəbi  





Xəbər lenti