Fransa şirkəti Naxçıvanda xizək mərkəzi tikir

Fransa şirkəti Naxçıvanda xizək mərkəzi tikir
  06 Dekabr 2018    Oxunub:2189
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub.
Azvision.az xəbər verir ki, Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə Ali Məclisin Sədrinə məlumat verib.

Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.



Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcəkdir. Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətlə aparılması və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib.

Azvision.az


Teqlər: Naxçıvan   Xizək  





Xəbər lenti