Nazir tankçılarla birgə nahar etdi - FOTOLAR

Nazir tankçılarla birgə nahar etdi -  FOTOLAR
  06 Dekabr 2018    Oxunub:4052
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bır sıra hərbi təyinatlı obyektlərdə olub.
Azvision.az xəbər verir ki, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Z.Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib. Sonda Müdafiə naziri tankçılarla birgə nahar edib.











Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Cəbhəboyu  





Xəbər lenti