Beynəlxalq Könüllülər Günü qeyd olunub
Öncə tədbir çərçivəsində təşkil olunan qanvermə aksiyasının və könüllülük fəaliyyətini əks etdirən sərginin təqdimatı keçirilib.
Açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, gənclər və idman nazirinin müavini İntiqam Babayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, “Coca-Cola” şirkətinin Qafqaz üzrə baş meneceri Adrian Çernautan çıxış ediblər.
Sonra “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda təşkil olunan müsabiqə barədə iştirakçılara məlumat verilib və qaliblər mükafatlandırılıbar.
Tədbir “ASAN xidmət”, BMT, Qırmızı Aypara Cəmiyyəti, “Coca-Cola” Fondu, Skaut və Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin fəaliyyətinə dair təqdimat və sual-cavab sessiyalı Forum ilə davam etdirilib.
Sonda tədbirin təşkilində iştirak edən könüllülərin mükafatlandırılması keçirilib. Həmçinin Pirəkəşkül qəsəbəsində Beynəlxalq Könüllülər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: ASAN-Xidmət