“Whatsapp”da yayılan mesajı açmayın! - Xəbərdarlıq

 “Whatsapp”da yayılan mesajı açmayın! -  Xəbərdarlıq
  05 Dekabr 2018    Oxunub:22115
Dünən axşamdan "Whatsapp" vasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirib ki, bu məlumatın məqsədi cəmiyyəti çaşdırmağa yönəlib. Mesajda vətəndaşlar qondarma linkə daxil olmağa həvəsləndirilir:

"Ona görə də nazirlik vətəndaşları diqqətli olmağa və həmin mesaja məhəl qoymamağa, oradakı məlumata inanmamağa və göstərilən linkə daxil olmamağa çağırır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən bununla bağlı aparılmış araşdırmanın nəticələri artıq məlumdur".

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti