Bölgələrdə 300 subartezian quyusu qazılıb

Bölgələrdə 300 subartezian quyusu qazılıb
  04 Dekabr 2018    Oxunub:2819
2018-ci ildə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib. O qeyd edib ki, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.

“Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və bununla bağlı müxtəlif illərdə onun tərəfindən müvafiq sərəncamlar və tapşırıqlar verilib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Quyu   Subartezian  





Xəbər lenti