Müdafiə Nazirliyi təkzib etdi

Müdafiə Nazirliyi təkzib etdi
  03 Noyabr 2013    Oxunub:1147
Müdafiə Nazirliyi hərbi hissəni özbaşına tərk etmiş əsgərin yaralı vəziyyətdə tapılması ilə bağlı xəbərləri təkzib edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadənin yaralı vəziyyətdə tapılması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-də xəbər yayılmışdı ki, əsgər C.Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə tapılıb.

Xatırladaq ki, 19 yaşlı əsgər xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti