General Məmmədov İrəvanı “Polonez”lə hədələdi
“Çıxışda diqqət çəkən məqam ondan ibarətdir ki, rusiyalı ekspert V.Yevseyev hazırkı vəziyyətin Ermənistan və qondarma “DQR” orduları üçün əlverişsiz olduğunu, Azərbaycanın Ordusunun isə silah baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə N.Paşinyan hökumətini illər əvvəl müəyyən edilmiş siyasi kursdan çıxmamağı məsləhət görür. Bir sözlə, Rusiyalı ekspertin çıxışının əsas məğzi Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin Ermənistan dövlətçiliyi üçün olduqca təhlükəli olduğunu anlatmaqdır", - Ç.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Polonez”, “LORA” və bu günədək nümayiş etdirilməyən digər silahlar düşmən ölkə ərazisində istənilən obyektləri məhv etməyə qadirdir:
"Bu səbəbdən də rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyi hazırkı reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməli və münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. Əks halda Ermənistan Azərbaycan Ordusunun gücünü sözün əsl mənasında hiss edəcəkdir".
Azvision.az
Teqlər: General