Bakıda “Soyuq əllər, isti ürək” yarmarkası açıldı

Bakıda “Soyuq əllər, isti ürək” yarmarkası açıldı
  02 Dekabr 2018    Oxunub:3848
Bakının Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb.
Azvision.az xəbər verir ki, “Nargis Fund”un təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

Tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Uşaq evlərinin sakinləri yarmarkanın fəxri qonaqları olacaqlar. Onları əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.

“Nargis Fund”un fəaliyyəti və “Soyuq əllər, isti ürək” yarmarkası haqqında ətraflı informasiyanı Fondun rəsmi “nargisfund.com” saytında, habelə “Instagram” və “Facebook” sosial şəbəkələrindəki rəsmi səhifələrində əldə etmək olar.

Azvision.az



Teqlər: Yarmarka  





Xəbər lenti