"Sürücülər vətəndaşları 30 qəpik olaraq görürlər" - Vüsal Kərimli

"Sürücülər vətəndaşları 30 qəpik olaraq görürlər" -  Vüsal Kərimli
  01 Dekabr 2018    Oxunub:4496
"Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bu gün çox ciddi sürücü problemi var".
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin (PJB) agentliyinə təşkil etdiyi mediatur zamanı deyib. Onun sözlərinə görə, normalda 1 sürücü 8 saat işləməlidir.

"Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: BNA   Avtobus   Sürücü  





Xəbər lenti