Kişi, yoxsa qadın? - Azərbaycanda sorğu keçirildi

 Kişi, yoxsa qadın?  - Azərbaycanda sorğu keçirildi
  30 Noyabr 2018    Oxunub:3109
Azərbaycanda qadınların siyasətdə iştirakı və onların rəhbər vəzifələrdə təmsilçiliyi mübahisə mövzusu olaraq qalır.

Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.
Hesabatda bildirilir ki, bunu keçirilmiş sorğu zamanı kişi və qadınlar tərəfindən verilmiş cavablardakı mühüm fərqlər əsasında müəyyən etmək olar: "Kişilərin 58.5 faizi , qadınların isə 47.9 faizi siyasəti kişilərin öhdəsinə buraxmaq lazım olduğunu hesab etsə də, qadınların yarısından bir qədər çoxu (53.5 faizi ) ilə müqayisədə kişilərin dörddə üçü (77.6 faizi) “qadınlarla müqayisədə kişilərdən daha yaxşı siyasi rəhbərlər çıxır” fikri ilə bağlı öz razılığını ifadə edib. Kişilərin 53,5 faizi “qadınlar öz icmalarında rəhbər olmaq üçün çox emosionaldır” fikrini qəbul etsə də, qadınların 29,2 faizi bununla razılaşıb. Maraqlıdır ki, başqa bölgələrdə yaşayan qadınlarla müqayisədə Bakıda olan qadınlar bu fikirlə daha çox razılaşıb.

Kişilərdən çox qadınlar siyasətdə onlar üçün bərabər imkanlarn olmasını dəstəkləyib. Qadınların 76.3 faizi “qadınlar siyasi vəzifələrə seçilmək üçün kişilərlə eyni imklanlara malik olmalıdır” fikrini dəstəkləsə də, kişilərin yalnız 53,9 faizi bu fikirlə razı olduğunu bildirib. Ümumi kişi respondentlərinin 67.1 faizi ilə müqayisədə qadınların böyük əskəriyyəti (88.6 faizi) “kişi ilə eyni ixtisasa malik olan qadın müvafiq işin öhdəsindən eyni məharətlə gələ bilər” fikri ilə razı olduğunu bildirib. Bu rəqəmlər göstərir ki, qadınların rəhbər vəzifələrə seçilməsi və cəmiyyət həyatında fəal mövqe tutması məsələlələrinə kişilərin münasibətində müsbət dinamikə izlənilir.

Rəhbər vəzifələrdə qadınlar üçün gender yönümlü kvota sistemini dəstəkləmiş qadınların sayı kişilərin sayından çoxdur. Anaoloji olaraq, kişilərlə müqayisədə daha çox sayda qadın əmək haqqlarında bərabərliyin tərəfdarı olduğunu və eyni işə görə bərabər ödənişlərin edilməsini bildirib. Bununla belə, hökümət və rəhbər vəzifələrdə müəyyən edilmiş sayda qadınların təmsilçiliyini nəzərdə tutan kvota sisteminin yaradılması məsələsini kişilərin yarıdan çoxu dətsəkləməsi göstərir ki, bəzi kişilər hökümətdə və rəhbər vəzifələrdə gender bərabərsizliyinin mövcud olmasını qəbul edir və bu boşluğun aradan qaldırılmasının əıleyhinə deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qadın   Siyasət  





Xəbər lenti