Ov edən iki nəfər 4125 manat cərimələndi

Ov edən iki nəfər 4125 manat cərimələndi
  28 Noyabr 2018    Oxunub:2556
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.
ETSN-dən Azvision.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyən edilib. Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Azvision.az


Teqlər: ETSN   Ov  





Xəbər lenti