“Hara gedirdimsə, dərdimə əlac tapılmırdı” - Rasim Balayev

“Hara gedirdimsə, dərdimə əlac tapılmırdı” -  Rasim Balayev
  28 Noyabr 2018    Oxunub:25897
“Türkiyədə həkimlər mənə dedilər ki, sənin qətiyyən əməliyyata ehtiyacın yoxdur, 20 gündən sonra müalicələr effekt verəcək”

Bunu Azvision.az-a Ankarada müalicə alan xalq artisti Rasim Balayev deyib. Bir neçə gün əvvəl Bakıya qayıdan aktyor son anda əməliyyatdan xilas olduğunu söyləyib.
“Uzun müddət idi ki, bel yırtığından əziyyət çəkirdim. Bakıda hara gedirdimsə, dərdimə əlac tapılmırdı. Son olaraq dedilər ki, əməliyyat olunmalısan, başqa çarə yoxdur. Bir tanışım mənə bildirdi ki, Türkiyədə bununla bağlı klinika var, insanları əməliyyat etmədən bu xəstəlikdən xilas edirlər. Buna görə Ankaraya getdim, həmin klinikada müalicə götürdüm. Əvvəlki ilə müqayisədə özümdə fərq hiss edirəm. Amma həkimlər dedilər ki, 20 gündən sonra müalicə tam özünü bildirəcək. Onlar yeni üsullarla müalicə etdilər. 7 gündən bir üç dəfə iynə vurdular. Çox bahalı iynə idi. Biri 300 dollara başa gəlirdi. 80 milliqram miqdarında qanı 10 dəqiqə nəyinsə içində fırladırdılar, sonra qanı Almaniydan gətirdikləri dərmanla qarışdırıb ağrıyan yerlərə vururdular. Bir sözlə, əməlli başlı düzəlmişəm”, - deyə R.Balayev vurğulayıb.

Aktyor Ankarada soyuqladığını, yenidən müalicə götürdüyün deyib. “Orada möhkəm soyuqladım. Xəstəliyi çox pis keçirdim, əziyyət çəkdim. Hətta qızdırmam qalxdı. Bronxlarım soyuqlayıb. İndi buna görə müalicə alıram”.

Şahan Rəhimli
Azvision.az



Teqlər: Rasim-Balayev  





Xəbər lenti