Parlamentin Daxili Nizamnaməsinə dəyişiklik
Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.
Digər dəyişiklik təklifi isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.
Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis