Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı

 Siqaret və spirtli içki ilə bağlı gömrük limiti azaldıldı
  27 Noyabr 2018    Oxunub:3349
Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişikliklər edilib.

Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti