Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib

Azərbaycanda saxlanılan erməni əsir Paşinyana müraciət edib
  26 Noyabr 2018    Oxunub:13351
Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Azvision.az-a verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti