Deputatdan qadınlarla bağlı təklif

  26 Noyabr 2018    Oxunub : 880
Deputatdan qadınlarla bağlı təklif
"Ailə məsələləri üzrə ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılsın. Belə təcrübə bir çox ölkələrdə möcvuddur".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, zorakılığa məruz qalan qadınlar bu sahədə olan qanunvericilikdən, öz hüquqlarından məlumatsızdır.

A.Naxçıvanlı bildirib ki, zorakılğa məruz qalan qadınlarla bağlı "Qaynar xətt"in yaradılmasına, TV-də maarifləndirici verilişlərin aparılmasına ehtiyac var.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ailə   Qadın   Deputat