Lənkəranskini “o dünyaya göndərən” avtoritet tutuldu

Lənkəranskini “o dünyaya göndərən” avtoritet tutuldu
  25 Noyabr 2018    Oxunub:10232
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə “Rəşad Gəncinski” kimi tanınan Rəşad İsmayılov Belarusda saxlanılıb.

Azvision.az xəbər verir ki, Minskdə R.İsmayılovla yanaşı onun rəhbərlik etdiyi cinayətkar qrupun 4 üzvü tutulub.
Axtarış zamanı onların üzərində silah-sursat və narkotik maddə aşkar edilib. Saxlanılan şəxslər barəsində cinayət işi açılıb.

Məlumata görə, R.İsmayılov və digərləri Rusiya və Ukrayna ərazisində dəfələrlə cinayət, mülki məsuliyyətə cəlb olunublar. Onlar reketçilik yolu ilə iş adamlarından pul almaqda təqsirli biliniblər.



Qeyd edək ki, "Lotu Quli"nin yaxın adamı olan "Rəşad Gəncinski"nin adı mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin qətlində hallanır. Belə ki, İstanbulda baş tutan cinayətin "Rəşad Gəncinski" tərəfindən şifariş edildiyi deyilir. R.İsmayılov qanqsterlər arasındakı söhbətlərdə Canıyevin onun əmri ilə “o biri dünyaya göndərildiyini” deyib.

Azvision.az


Teqlər: Rəşad   Həbs   Qanuni-Oğru  





Xəbər lenti