Nazir Pərviz Şahbazov üçün özəl gün

 Nazir Pərviz Şahbazov üçün özəl gün
  24 Noyabr 2018    Oxunub:14353
Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun doğum günüdür.
Azvision.az xəbər verir ki, Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

P.Şahbazov 12 oktyabr 2017-ci ildə Azərbaycanın energetika naziri təyin edilib.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var. Prezident Administrasiyasının İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Azvision.az



Teqlər: Pərviz-Şahbazov  





Xəbər lenti