Heydər Əliyev Mərkəzində Veniamin Smexovun mühazirəsi olub

Heydər Əliyev Mərkəzində Veniamin Smexovun mühazirəsi olub
  24 Noyabr 2018    Oxunub:1402
Noyabrın 23-də Heydər Əliyev Mərkəzində Rusiyanın populyar teatr və kino aktyoru, televiziya verilişləri və sənədli filmlər rejissoru, ssenarist, “Petropol” və “Sarskoye selo” bədii mükafatları laureatı Veniamin Smexovun “İşıq saç hər zaman” adlı mühazirəsi olub.
Azvision.az xəbər verir ki, Veniamin Smexov gecəni açaraq deyib ki, həmişə Bakını görmək arzusunda olub. Paytaxtımız elə ilk görüşdən onu ovsunlayıb. Aktyor deyib: “Böyük şair Mayakovski Bakıya vurğun idi. O, bu şəhərə gözəl misralar ithaf edib. Şadam ki, nəhayət gəlib Bakını gördüm. Çox şadam ki, məni belə səmimi qəbul etdiniz”.

Veniamin Smexov Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Müslüm Maqomayev və Rəşid Behbudov barədə də xatirələrini bölüşərək deyib: “Müslüm pərəstişə layiq böyük şəxsiyyət idi. Mən Rəşid Behbudovun da səsini çox sevirdim. Azərbaycan məndə, ilk növbədə, bu görkəmli insanlarla assosiasiya olunur”.

Veniamin Smexov tanınmış rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından söhbət açıb, onların şeirlərini oxuyub.

REKLAM

facebook.com

Daha ətraflı
Native Video by Adributor

Bakı tamaşaçıları qonağı hərarətlə qarsalayıblar. Sonda V.Smexov tamaşaçıların suallarına cavab verib.

Qeyd edək ki, Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “D`Artanyan və üç muşketyor” filmində (1978) yaratdığı Atos obrazı isə bunların arasında ən yaddaqalan roldur. Vaxtilə böyük şöhrət qazanan bu ekran əsərinin sonralar davamı çəkilib: “Muşketyorlar 20 ildən sonra” (1992), “Kraliça Annanın sirri və ya muşketyorlar 30 ildən sonra” (1993) və “Muşketyorların qayıdışı, yaxud kardinal Mazarininin xəzinəsi” (2009). Veniamin Smexov dörd layihənin hamısında iştirak edib.

Veniamin Smexovun fəal məşğul olduğu sahələrdən biri də ədəbiyyatdır. O, bir sıra bədii və publisistik kitabların müəllifidir. Veniamin Smexovun teatra həsr etdiyi məqalələri qəzet və jurnallarda dərc olunur. O, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.

Azvision.az


Teqlər:





Xəbər lenti