Şəhid ailələri prezidentə məktub yazdılar

 Şəhid ailələri prezidentə məktub yazdılar
  22 Noyabr 2018    Oxunub:6850
Şəmkir rayonundan olan bir qrup şəhid ailəsi Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Azvision.az xəbər verir ki, şəhid ailə üzvlərinin məktubu prezidentin rəsmi saytında yerləşdirilib:

"Əziz Prezidentimiz.

Qəhrəman Vətən övladlarının uğrunda canlarını fəda edərək şəhid olduqları doğma Azərbaycanımızın bütün sahələrdə inkişafını, müstəqil dövlətimizin ildən-ilə möhkəmlənməsini və beynəlxalq aləmdə mövqeyinin güclənməsini, söz sahibi olmasını gördükcə biz şəhid ailələri qürur hissi keçiririk. Eyni zamanda, bizi sevindirən Sizin şəhid ailələrinə xüsusi qayğınız, onların sosial təminatlarını artırmaq, yaşayışlarını yaxşılaşdırmaq üçün apardığınız siyasətdir. Şəhid ailələrinin mənzillərlə, təqaüdlərlə, pensiya və müavinətlərlə təmin olunması istiqamətində aparılan işlərdən çox razıyıq.

Eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari ilin aprelində imzaladığınız Fərman daha bir humanist addımınız olmaqla bizi çox sevindirdi. Biz bu Fərmanı Sizin şəhid ailələrinə qayğıkeş münasibətinizin davamı kimi yüksək dəyərləndiririk.

Birdəfəlik ödəmə almaq hüququmuzu öyrəndikdən sonra notarial qaydada müraciət etdik və birdəfəlik ödəmə ilə təmin olunduq. Bu vəsait bizim rifahımıza böyük dəstəkdir.

Ona görə də biz - bir qrup şəhid ailəsi ölkəmizdə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərə, onlarla bağlı bütün əhali tərəfindən rəğbətlə qarşılanan ədalətli qərarların verilməsinə, humanist addımların atılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanda sabit həyat, əmin-amanlıq işində dayanıqlı inkişafı təmin edən və ölkəmizi böyük qələbələrə doğru aparan siyasətinizə uğurlar arzulayırıq.

Şəhid ailələrinin üzvləri adından dərin hörmətlə,

Həsənli Aqil Habil oğlu

Böyükkişiyeva Elnurə Əli qızı

İbadullayev Müzəffər Həbib oğlu

İbadullayeva Gülarə Nağı qızı

İsgəndərov Ayxan Vaqif oğlu

İsgəndərova Tinatin Adil qızı

İsgəndərov Vasif Vaqif oğlu

Hüseynov Aqşin Novruz oğlu

Hüseynova Nahidə Cəmil qızı

Yusibova Aminə Novruz qızı

Rəhimov Həsən Məmməd oğlu

Dəmirov Natiq Bayram oğlu

Məmmədov Sədi İbrahim oğlu

Feyzullayeva Şəmsiyyə İbrahim qızı

Məmmədova Rəsmiyyə İbrahim qızı

Məmmədov Sakit İbrahim oğlu

Hüseynov Akif İslam oğlu

Məmmədova Rahilə Qara qızı

Məmmədov Məmməd Qara oğlu

Əliyev Aqil Çoban oğlu

Həsənova Gülarə Vəli qızı

Hacıyeva Hicran Cavad qızı

Hacıyeva Məhsəti Çingiz qızı

Qasımova Dursun Sarı qızı

Abdullayev Məsdan Yunis oğlu

Kazımova Dilarə Rza qızı

Abbasova Zülfiyyə Nəriman qızı

Cəfərova Esmira Nəriman qızı

Usubov Elnur Nəriman oğlu

Usubov Bəxtiyar Nəriman oğlu

Sadıqova Roza Dadaş qızı

Süleymanov Asəf Hikmət oğlu

Abbasova Şura Telman qızı

Alıyeva Bayaz Müseyib qızı

Qurbanova Savad Həsən qızı

Qurbanov Əli Bayram oğlu

Alıyeva Durdanə Vahid qızı

Bağırova Hürnisə Zeynalabdin qızı

İsmayılova Nabat Zeynal qızı

Alıyev Vahid Əkbər oğlu

Vəliyeva Rahilə Məbut qızı

Rzayeva Yeganə Əfsən qızı

Rzazadə Nofəl Qiyas oğlu

Verdiyev Firudin Məhəmməd oğlu

Verdiyeva Lilpar Məhəmməd qızı

Ələkbərov Museyib Məhəmmədli oğlu

Qasımov Oruc Əli oğlu

Bayramova Südabə Sabir qızı

Tabıyeva Saidə Sabir qızı

Tabıyev Sarif Sabir oğlu

Rüstəmli Bəhərçin Bəhlul oğlu

Rüstəmova Səadət Musa qızı

Rüstəmova Səkinə Qasım qızı

Alıyev Seymur Məzahir oğlu

Alıyeva Sevinc Məzahir qızı

Alıyeva Saidə Qəhrəman qızı

Alıyeva Sevda Məzahir qızı

İsmayılova Sahibə Qərib qızı

Əliyeva Nəzifə Həmzə qızı.

Azvision.az


Teqlər: Prezident   Şəhid  





Xəbər lenti