Fuad Muradov Nyu-Yorkda görüşlər keçirib
Azərbaycan və onun diasporu haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən “Florida Keys” Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və BMT yanında daimi nümayəndə Yaşar Əliyev də konsertdə iştirak edib.
Tədbirdə çıxış edən Komitə sədri F.Muradov belə müsabiqələrin mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Dünya xalqlarının mədəni inteqrasiyası, mədəni dəyərləri bölüşməsi baxımından belə tədbirlərinin zəruri olduğu bildirilib.
Konsertdə müxtəlif millətləri təmsil edən uşaqların, o cümlədən azərbaycanlı balacaların da ifaları səslənib.
Azvision.az
Teqlər: