DMX Qax və Zaqatalada səyyar xidmət təşkil edib

DMX Qax və Zaqatalada səyyar xidmət təşkil edib
  19 Noyabr 2018    Oxunub:1446
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qax və Zaqatala şəhərlərində növbəti səyyar xidmət həyata keçirilib.
DMX-dan Azvision.az-a verilən xəbərə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 38 nəfər istifadə edib. Onlardan 18 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 15 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.



Bundan başqa, 1 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib, 4 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti