Bakıda məşhur “avtoş” öldürülüb - VİDEO

 Bakıda məşhur “avtoş” öldürülüb -  VİDEO
  19 Noyabr 2018    Oxunub:4248
Dünən günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb.
Azvision.az Xəzər TV-yə istinadən xəbər verir ki, qətli törədən şəxs polisə könüllü təslim olub.

Məlumata görə, öldürülən Cabir Babayev Bakının məşhur “avtoş”larından olub və “Cabir-012” adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.



Azvision.az



Teqlər:





Xəbər lenti