624 mindən çox vətəndaşın işi ASANlaşdı - FOTOLAR

624 mindən çox vətəndaşın işi ASANlaşdı -  FOTOLAR
  17 Noyabr 2018    Oxunub:3773
Ötən gün İmişli “ASAN həyat” kompleksinə mediatur təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistləri müşayiət edərək onlara kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək.

“Bildiyiniz kimi, bu il “ASAN xidmət” mərkəzlərinin sayı artıq 15-ə çatdı. 14-cü mərkəzimiz məhz İmişlidə açıldı. İmişli “ASAN həyat” kompleksinin tikintisinə 2017-ci ilin martında başlanılmışdı. Bu ilin oktyabr ayında işlər başa çatdı və həmin ayın 22-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu. “ASAN həyat” konsepsiyası bu mərkəzdə də tətbiq olunur. Vətəndaşlar burada operativ, gülərüz xidmətlərlə yanaşı istirahət, əyləncə imkanlarından da yararlana biləcəklər. Burada , həmçinin “Asan park”, Gənc İstedadlar Teatrı, ABAD mərkəzi və digər obyektlər fəaliyyət göstərir. Vətəndaşlar 11 dövlət orqanının 320-dən artıq xidmətlərindən istifadə edə bilərlər”.



E. Niftəliyev əlavə olaraq qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində minimum 200 əməkdaşın işləməsi nəzərdə tutulur və eyni zamanda 50-yə yaxın könüllü fəaliyyət göstərir.

“Burada “ASAN peşə” məktəbləri fəaliyyət göstərir ki, onlardan da gənclərimiz yararlanacaqlar. Kompleksdə həmçinin, elektron şikayət köşkü də var. Mahiyyəti ondan ibarətdir ki, vətəndaşlarımız xidmət alarkən təklif və şikayətlərini bu köşk vasitəsi ilə əməkdaşlarımıza çatdıra bilsinlər. Peşə təhsillərini davam etdirmək istəyən vətəndaşlar müraciət edərək qeydiyyata düşürlər, dərzilik və digər peşələr üzrə üzrə təhsil alırlar. Məktəblərimiz ödənişsizdir. İlk xidmət günümüz olduğuna görə hələki müraciətlər olmayıb. Onlar onlayn və ya birbaşa müraciət edə bilərlər. Peşə məktəbimizdə aqrar- sənaye otağı da var. Oradamüvafiq avadanlıqlar, kompüterlər quraşdırılıb. Mütəxəssislərin cəlb edilməsi ilə peşə təhsili veriləcək”.



Jurnalistlər daha sonra kompleksin daxilində fəaliyyət göstərən Gənc İstedadlar Teatrı ilə tanış olublar. Məlumat verilib ki, teatrın ilk işi “Kölgə” tamaşası olub.

“Ölkə başçısı İlham Əliyev bura gələndə ASAN könüllüləri tərəfindən Cumhuriyyətimizin 100 illiyinə həsr olunanan “Kölgə” tamaşası göstərildi. Prezident tamaşanı izlədikdən sonra təəssüratlarını onlarla bölüşdü. Teatrımıza mədəniyyət truppaları cəlb olunacaq. Regionun gənc istedadlıları üçün teatrın qapıları açıqdır. Burada film nümayişləri də həyata keçiriləcək”.



Mediatur zamanı jurnalistlər “Notariat” bölməsinə də baş çəkiblər. Bildirilib ki, “Notariat” bütün mərkəzlərdə ən çox müraciət olunan bölmələrdən biridir. Bu səbəbdən də ilk gün olmasına baxmayaraq, kifayət qədər vətəndaş bu bölməyə müraciət edib.

E. Niftəliyev "ASAN xİdmət"in Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzaladığını diqqətə çatdırıb.

“Memomarduma əsasən, ilk “Asan vəkil” bürosu məhz İmişlidə fəaliyyət göstərəcək. İlkin hüquqi xidmətlər pulsuz olacaq”.



Kompleksdə uşaqların sosial və psixoloji inkişafına dətsək məqsədi ilə sosial inkişaf mərkəzi də yaradılıb.

“Hazırda mərkəz bütün "ASAN xidmət" mərkəzlərində mövcuddur. İlkin diqanostika ödənişsizdir. Valideynlər uşaqlarının durumu haqqında ətraflı məlumat almaq üçün mərkəzlərə yaxınlaşa bilərlər. Loqopedimiz və psixoloqlarımız var”.

Daha sonra mətbuat nümayəndələrinə ASAN könüllülərin fəaliyyəti barədə məlumat verilib.

“17 minə yaxın ASAN könüllüsü var. Onlar bu məktəbi keçməklə böyük üstünlüklər qazanıblar. Könüllü olduqdan sonra “ASAN kadr” portalında qeydiyyatdan keçib cv -lərini yerləşdirirlər. Həmin portalda 1000-dən artıq dövlət və özəl qurum qeydiyyatdan keçib. Onlar da portal vasitəsi ilə işçi axtarırlar. Portalın məqəsdi vahid bir platformada həmin ASAN könüllüləri ilə iş axtaranları cəlb etməkdir. Bu günə kimi minə yaxın könüllümüz portal fəaliyyətə başlayandan işlə təmin olunub”.



Jurnalistlər növbəti mərhələdə “ABAD ofisi” və “ABAD Food Hall”la tanış olublar.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti