Bu il 1962 əkiz, 84 üçəm doğulub

  17 Noyabr 2018    Oxunub : 849
Bu il 1962 əkiz, 84 üçəm doğulub
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.Doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.

Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Azvision.az


Teqlər: Uşaq   Əkiz   Üçəm