BNA əhaliyə müraciət edib

BNA əhaliyə müraciət edib
  16 Noyabr 2018    Oxunub:1725
“Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin əsas prioritetlərindəndir”.
Azvision.az xəbər verir ki, bu barədə Agentliyin “Facebook” sosial şəbəkəsindəki müraciətində bildirilir ki, həm yol hərəkətinin təşkili, həm də müntəzəm sərnişindaşıma istiqamətində atdığı bütün addımlarında vətəndaşa xidməti əsas prinsip olaraq müəyyənləşdirib:

“Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlarımız, xüsusəndə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, bəzən sərnişin, bəzən isə sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir.

Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailləşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə öz növbəsində paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrinə, eyni zamanda, fəal sosial şəbəkə istifadəçilərinə təşəkkür edirik. Həmçinin, onları daha fəal olmağa dəvət edirik”.

Azvision.az



Teqlər: BNA   Əhali  





Xəbər lenti