Energetik içkilərə vergi tətbiq ediləcək? - Rəsmi açıqlama

Energetik içkilərə vergi tətbiq ediləcək? -  Rəsmi açıqlama
  16 Noyabr 2018    Oxunub:3089
“Energetik içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir”.
Azvision.az xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır: “Əksər enerji içkiləri 1 manata satılır. Elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti