Naxçıvanda döyüş hazırlığı - Raketlərdən atəş açıldı (FOTOLAR)

 Naxçıvanda döyüş hazırlığı -  Raketlərdən atəş açıldı  (FOTOLAR)
  16 Noyabr 2018    Oxunub:2579
Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.











Azvision.az


Teqlər: MN   Naxçıvan   Ordu   Təlim  





Xəbər lenti