"Gənclər siyasəti haqqında" qanuna dəyişiklik edilir

"Gənclər siyasəti haqqında" qanuna dəyişiklik edilir
  16 Noyabr 2018    Oxunub:1388
"2002-ci ildə qəbul edilən "Gənclər siyasəti" haqqında qanun yeni dövrə uyğun olaraq dəyişdirilir və biz onu yenidən qəbul etmək istəyirik"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komissiyasının sədri Ülvi Quliyev Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondunun, gənclər təşkilatlarının tövsiyyələri, rəyləri alınaraq bu yaxınlarda "Gənclər siyasəti" haqqında qanun layihəsində dəyişiklik ediləcək.

"Çalışacağıq ki, bu qanun qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunurlar və aktivdirlər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar", - deyə komitə sədri bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qanun   Ülvi-Quliyev  





Xəbər lenti