Vergi sistemində 7 illik güzəşt tətbiq olunacaq

 Vergi sistemində 7 illik güzəşt tətbiq olunacaq
  16 Noyabr 2018    Oxunub:3107
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu ildə Vergi Məcəlləsində gözlənilən mühüm dəyişikliklər barədə məlumat verib.

Azvision.az-ın məlumatına görə, Parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında nazir müavini bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib:
“Bu da vergidən yayınmanın, kölgə iqtisadiyaytının miqyasının azaldılması, sahibkarlığın inkişafının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Belə ki, 2016- cı ildə muzdlu işlə əlaqədar onların uçota və qeydiyyata alınması ilə bağlı ölkə prezidenti tərəfindən mühüm sərəncam imzalanmışdı. Burada 30-40 istiqamət müəyyənləşmişdi. Həmin tədbirlərin planının əsas istiqamətlərindən biri kölgə iqtisadiyyatı olaraq onların uçota alınması üzərində işlənilməyə başlandı. Heç kimə sirr deyil ki, əmək müqavilərinin bağlanmaması, əməkhaqqının göstərilməməsi mühüm faktdır. Bu, kölgə iqtisadiyyatının genişlənməsinə ən çox şərait yaradır. Qeyd edim ki, vergi ödəyiclərinin 65 faizi sadələşdirilmiş vergi ödəyicilərdir. Burada baş verən qanunsuzluqlar nəticə etibarilə bu sahəyə güzəştlərin edilməsi məsələsini önə çəkdi. Təklif olunur ki, bu sahəyə 7 il müddətinə güzəşt edilsin. Digər sahələri, yəni neft sektorunu olduğu kimi saxlayırıq. Əgər biz bu günə kimi 200 manatdan 173 manat çıxııb fərqini vergiyə cəlb edirdiksə, bu dəfə 200 manatın 26 faizi vergiyə cəlb ediləcək”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarda gəlir vergisi "0" səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir. Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin vahid olması təklif edilir.

Mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergilər-Nazirıliyi  





Xəbər lenti