İntizam komissiyasının üzvlərinin sayı 11-ə çatdırılıb

İntizam komissiyasının üzvlərinin sayı 11-ə çatdırılıb
  15 Noyabr 2018    Oxunub:1994
Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Bildirilib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilir.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılır.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 11 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 7 səs çoxluğu ilə verilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti