Siyavuş Novruzov da deputatlara irad bildirdi

Siyavuş Novruzov da deputatlara irad bildirdi
  15 Noyabr 2018    Oxunub:1594
Parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov plenar iclasların ikinci hissəsində iştirak etməyən deputatlara iradını bildirib.
Azvision.az-ın məlumatına görə, S.Novruzov deyib ki, Milli Məclisin hörməti onun nizamı və intizamıdır.

Komitə sədri qeyd edib ki, Milli Məclisdə müzakirələr günün birinci və ikinci hissəsində aparılır: “Bəyəm, günün ikinci yarısında qəbul olunan qanunun çəkisi aşağıdır, yoxsa hüquqi dərəcəsi azdır? Bunların hər biri eynidir. Kimsə harasa iclasa gedirsə, yazılı və şifahi şəkildə parlament sədrinə müraciət edir və xahiş nəzərə alınır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti