Məşqçinin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Məşqçinin öldüyü qəza ilə bağlı rəsmi açıqlama
  15 Noyabr 2018    Oxunub:1537
Daxili İşlər Nazirliyi “Qəbələ” futbol klubunun məşqçisi Teymur Musayevin vəfat etdiyi qəza ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, noyabrın 15-də saat 1 radələrində Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişini, Qəbələ şəhər sakini Teymur Musayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti