Baş Qərargah rəisi hərbi oyunları izlədi- FOTOLAR+ VİDEO

Baş Qərargah rəisi hərbi oyunları izlədi- FOTOLAR+ VİDEO
  15 Noyabr 2018    Oxunub:6317
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izləyib.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, general-polkovnik N.Sadıkov müxtəlif qoşun növü və qismlərinin əməliyyatların planlaşdırılması və bölmələrin idarə olunması qruplarının fəaliyyətlərini yoxlayaraq müvafiq tapşırıqlar verib.









Azvision.az


Teqlər: MN   Təlim  





Xəbər lenti