Anar Bağırov: “Vəkillik hətta antibiotikdir desəm, yanılmaram”
A.Bağırovun sözlərinə görə, tədbirin adında yalnız “vəkillərin müstəqilliyi” ifadəsi istifadə olunsa da, lakin hüquq nəzəriyyəsindən bizlərə məlumdur ki, müstəqillik yalnız müəyyən peşə daşıyıcılarının müstəqilliyini deyil, eyni zamanda özündə institusional müstəqilliyi ehtiva edir.
"Əgər biz bu gün vəkilliyin müstəqilliyindən danışırıqsa, unutmamalıyıq ki, burada həm qurum olaraq vəkillərin peşəkar assosasiyalarının müstəqilliyini, həm də fərdən vəkillərin peşə, prosessual və digər müstəqilliklərini tondem formasında fikir süzgəcimizdən keçirməliyik. İcazənizlə, maraqlı bir məsələyə toxunmaq istərdim. Bunu bugünkü tədbirimizə münasibətdə xoş bir təsadüf də adlandırmaq olar. Birmənalıdır ki, bu gün istənilən ölkədə olduğu kimi, bizim də ölkəmizdə vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil. Vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır. Əslində normal, demokratik və tarazlı dövlət idarəçiliyi, habelə cəmiyyətdə sivil hüquqi münasibətlərin bərqərar olmasında vəkil peşəsinin rolu əvəzsizdir. Bu mənada vəkillik, ictimai münasibətlərin daha təkmil fazaya keçidində və onun təkamülündə faydalı institutdur, hətta antibiotikdir desəm, yanılmaram. Bu gün Azərbaycan vəkilliyinin güclənməsi ilə həm əhali – keyfiyyətli hüquqi yarımda çatımlılıq baxımından, həm dövlət – öz konstitusion agendasının realizasiyası baxımından, həm də korporasiya olaraq vəkillər kollegiyası vəkil peşəsinin güclənməsindən öz qazancını əldə edir"
Onun fikrincə, bu gün Vəkillər Kollegiyası əlindən gələni edir ki, həm vəkillərin öz aralarında, həm vəkillərlə Vəkillər Kollegiyası arasında, həm də vəkillərlə üçüncü tərəflər arasında yaranan münasibətlər daha peşəkar və korporativləşmiş olsun.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Anar-Bağırov