Yol polisi bu gündən 150 manatlıq cərimələrə başlayır

Yol polisi bu gündən 150 manatlıq cərimələrə başlayır
  15 Noyabr 2018    Oxunub:2971
Bu gündən avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatıb.

Azvision.az xəbər verir ki, may ayının 1-dən noyabrın 15-dək avtomobilin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilib.
Müddət başa çatdıqdan sonra jalüzlərdən istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 150 manat məbləğində cərimə olunacaqlar.

Azvision.az



Teqlər: DYP   Jalüz  





Xəbər lenti