Arıçılara subsidiyaların verilməsi başa çatır
Qeyd edək ki, arıçılara veriləcək maliyyə onların bank hesablarına köçürüləcək. Payız dövrü olduğu üçün ailədəki çərçivə sayı nəzərə alınmayacaq. Əsas şərt pətək içərisində arı iləsinin olmasıdır. Arıların sayılması DAİM əməkdaşları, yerli icra nümayəndələri və AAA üzvləri tərəfindən həyata keçiriləcək. AAA prosesdə ictimai nəzarət funksiyasını həyata keçirəcək.
Arıçılardan tələb olunur:
Ərizə ilə müraciət
Şəxsiyyət vəsiqəsinin sürəti və telefon nömrəsi
Bank rekvizitləri
Ştrix kodlar üçün ödədiyi pulun qəbzi
Azvision.az