“Gələn il köklü islahatlar həyata keçiriləcək” - Oqtay Əsədov

“Gələn il köklü islahatlar həyata keçiriləcək” -  Oqtay Əsədov
  13 Noyabr 2018    Oxunub:1689
“2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayıb. Büdcə xərclərinin 32%-i sosialyönümlüdür. Əhalinin sağlamlığı prioritetdir və səhiyyə üçün gələn ilin büdcəsindən 309 milyon manat ayrılıb ki, bu da 2018-ci illə müqayisədə 32% çoxdur. Bundan başqa, icbari tibii sığorta üçün 223 milyon manat da ayrılıb. Bu da onu göstərir ki, əhalinin sağlamlığı dövlətin prioritretlərindəndir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. Parlament sədri bildirib ki, iqtisadi artım gələn il də davam edəcək.

“Gələn il ümumi daxili məhsul (ÜDM) 3,6% səviyyəsində proqnozlaşdırılır. Bu riskli görünsə də, İqtisadiyyat Nazirliyininin dəqiq hesablamaları, islahatlar göstərir ki, kölgə iqtisadiyyatı da daxil olmaqla islahatların həyata keçirilməsi ilə bu rəqəm real ola bilər. Maktoiqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb”.

O.Əsədov qeyd edib ki, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur: “Bununla əlaqədar dövlət başçısının təqdimatları parlamentə daxil olub. Vergi Məcəlləsi və digər qanunlara dəyişikliklər gözlənilir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta sahibkarlığın (KOS) inkişafını genişləndirməkdir. Sosial və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də, özəl, qeyri-neft sektorunda çalışanların gəlir verigisindən azad edilməsi uzunmüddətli dövrdə dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə   Spiker  





Xəbər lenti