Sülhməramlılar həbs edildi

Sülhməramlılar həbs edildi
  07 Mart 2013    Oxunub:1309
Üsyançıların BMT-nin avtomobilini ələ keçirməsi ilə bağlı görüntülər yayımlanıb
Suriyada davam edən döyüşlər fonunda üsyançı qüvvələr Birləşmiş Millətlər Təşkilatının 20-ə yaxın sülhməramlı nümayəndələrini saxlayıblar. YouTube portalına yerləşdirilmiş həvəskar çəkilişdə üsyançıların BMT-nin avtomobilini ələ keçirməsi ilə bağlı görüntülər yayımlanıb.

Məlumata görə, saxlanılan sülhməramlıların hamısı Filippin vətəndaşıdır. Üsyançı qüvvələr saxlanılan şəxslərin sərbəst buraxılması üçün hökumət qoşunlarının Dərəə şəhərində yerləşən Cəmlə kəndindən çıxmasını tələb ediblər.

Məsələ ilə bağlı açıqlama verən Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin üsyançıların bu hərəkətini tənqid edib və sülhməramlıların dərhal və qeyri-şərtsiz sərbəst buraxılmasını istəyib.


Teqlər:  





Xəbər lenti