İndoneziya yardıma görə Azərbaycana təşəkkür etdi

İndoneziya yardıma görə Azərbaycana təşəkkür etdi
  09 Noyabr 2018    Oxunub:1778
İndoneziyanın Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyi dövlətimiz tərəfindən göstərilən humanitar dəstəyə görə Azərbaycan xalqı və rəhbərliyinə Respublika adından minnətdarlığını bildirib.
Bu barədə Azvision.az-a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 sentyabr 2018-ci il tarixində Indoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzarə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Həmçinin qeyd olunub ki, Azərbaycan bu ölkəyə sayca ikinci dəfə humanitar yardım göstərib və İndoneziya xalqı ilə daim həmrəy olduğunu bir daha ifadə edib.

Azvision.az



Teqlər: XİN   İndoneziya   Yardım  





Xəbər lenti