Bakı Metropoliteni 50 yeni vaqon alacaq

 Bakı Metropoliteni 50 yeni vaqon alacaq
  08 Noyabr 2018    Oxunub:2465
2019-cu ildə yeni stansiyanın açılışı və vaqon parkındakı köhnə qatarların yenilənməsi ilə əlaqədar olaraq Rusiyanın “Metrovaqonmaş” ASC şirkətindən 50 ədəd vaqon alınacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov məlumat verib.

Onun sözlərinə görə, vaqonlardan 20 ədədi (4 qatar) yeni “Bənövşəyi” xətdə, 30 ədədi (6 qatar) isə köhnə xətlərdə istismar olunacaq.

Azvision.az



Teqlər: Metro   Qatar   Vaqon  





Xəbər lenti