"Bakmil"də təmir işləri yekunlaşır

"Bakmil"də təmir işləri yekunlaşır
  08 Noyabr 2018    Oxunub:1269
Bakı metropoliteninin "Bakmil" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Baş mühəndis bildirib ki, hazırda stansiyada son tamamlanma işləri gedir:

"Bu ayın sonuna qədər stansiyada bütün təmir işləri yekunlaşacaq. Dekabrın 1-dən stansiya təmirdən sonra istifadəyə veriləcək".

Azvision.az


Teqlər: Metro   Bakmil  





Xəbər lenti