Bakıda iki yeni metro stansiyası açılacaq

 Bakıda iki yeni metro stansiyası açılacaq
  08 Noyabr 2018    Oxunub:3159
Hazırda Bakı Metropoliteninin III - Bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.

Azvision.az


Teqlər: Metro   Stansiya  





Xəbər lenti